"Fitch" neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib

Energetika Materials 9 May 2026 11:36 (UTC +04:00)
"Fitch" neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"Fitch Ratings" reytinq agentliyi 2026–2029-cu illər üçün baza neft qiyməti proqnozlarını yeniləyərək, Hörmüz boğazı ilə neft-qaz daşımalarının əvvəl gözlənildiyindən daha uzun müddətə pozulacağı ehtimalları fonunda "Brent" və "West Texas Intermediate (WTI)" markaları üzrə qısamüddətli gözləntiləri əhəmiyyətli dərəcədə artırıb.

Trend xəbər verir ki, yenilənmə geosiyasi gərginlik və əsas enerji marşrutunun fəaliyyətinin daha uzun müddət faktiki məhdudlaşdırılması ehtimalı fonunda neft təchizatı risklərinin yenidən qiymətləndirildiyini göstərir.

Yenilənmiş baza neft qiyməti proqnozları (ABŞ dolları/barel)

Brent

2025 (faktiki qiymət): 68,3
2026: 87,0 (əvvəl: 70,0)
2027: 65,0 (əvvəl: 63,0)
2028: 60,0 (dəyişməyib)
2029: 60,0 (dəyişməyib)
Ortamüddətli səviyyə: 60,0 (dəyişməyib)

WTI

2025 (faktiki qiymət): 64,7
2026: 80,0 (əvvəl: 65,0)
2027: 60,0 (əvvəl: 58,0)
2028: 57,0 (dəyişməyib)
2029: 57,0 (dəyişməyib)
Ortamüddətli səviyyə: 57,0 (dəyişməyib)

"Fitch" 2026–2029-cu illər üçün "Brent" və WTI üzrə stress-ssenarini dəyişməz saxlayıb: "Brent" üzrə bir barel üçün 45-48 dollar, WTI üçün isə 42–45 dollar səviyyəsində.

"Fitch" bildirib ki, proqnozların yenidən nəzərdən keçirilməsinin əsas səbəbi Hörmüz boğazından keçidin mümkün məhdudlaşdırılmasının müddəti ilə bağlı yeni qiymətləndirmədir:

“Biz hesab edirik ki, boğazın bağlanması yenilənmiş neft qiyməti proqnozları çərçivəsində təxminən beş ay davam edəcək. Halbuki əvvəlki proqnozlarda bir-iki aylıq müddət nəzərdə tutulurdu”.

Münaqişəyə qədər boğazdan gündəlik təxminən 15 milyon barel neft və 5 milyon barel neft ekvivalenti (boepd) həcmində neft məhsulları daşınırdı ki, bu da dünya üzrə neft istehlakının təxminən 20 faizini təşkil edir.

Bununla yanaşı, "Fitch" vurğulayıb ki, gəmiçiliyin bərpası nisbətən tez baş verə bilər, lakin proses “qeyri-sabit və qeyri-müəyyən” olaraq qala bilər.

Agentlik fasilələrə baxmayaraq, infrastrukturda ciddi zədələrin olmamasını nəzərə alaraq, boğaz açıldıqdan sonra hasilatın nisbətən sürətlə bərpa olunacağını gözləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti