Bakı.Trend:
Peşəkar Çövkən Liqasının iyunda Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi davam edir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Trend-ə verilən məlumata əsasən, təlim məşq toplanışı artıq başlanılıb.
Toplanışın birinci mərhələsi 5-20 may tarixlərini əhatə edəcək.
May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi yekunlaşacaq.
Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib
onlarla dünya çempionatına hazırlaşacaq.
Azərbaycanın idman şərəfini yarışlarda məhz həmin 10 çövkən ustası
qoruyacaq.
