Bakı. Trend:
ABŞ-nin neft emalı zavodunda güclü partlayış baş verib.
Trend xarici mediaya istinadlaxəbər verir ki, hadisə Luiziana ştatında yerləşən “PBF Energy” şirkətinə aid “Chalmette Refining” NEZ müəssisəsində olub və yanğınla müşayiət olunub.
Hadisə şahidlərinin sosial şəbəkələrə yerləşdirdiyi videogörüntülərdə zavodun üzərində alov və qatı qara dumanın qalxdığını görmək olur.
Hadisə yerinə gələn yanğınsöndürənlər bir neçə saatdan sonra alovu tam söndürməyə nail olublar.
Hadisənin səbəbləri araşdırılır. Partlayış nəticəsində xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
