Daha bir kruiz gəmisində kütləvi yoluxma – 100 dən çox sərnişində norovirus aşkarlandı

Dünya xəbərləri Materials 9 May 2026 15:24 (UTC +04:00)
Daha bir kruiz gəmisində kütləvi yoluxma – 100 dən çox sərnişində norovirus aşkarlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“MV Hondias” laynerinin ardınca daha bir iri kruiz gəmisində kütləvi infeksiya yoluxması qeydə alınıb. Belə ki, “Caribbean Princess” (“Karib şahzadəsi” ) adlı kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Qurumun məlumatına görə, 102 sərnişin və 13 heyət üzvü daxil olmaqla ümumilikdə 115 nəfər virusa yoluxub. Laynerin göyərtəsində ümumilikdə 3 mindən çox sərnişin və 1131 əməkdaş var.

CDC bildirib ki, xəstələr əsasən qusma və güclü ishaldan şikayət ediblər. Yoluxan şəxslər kayutlarda təcrid olunub, onlardan tədqiqat aparılması üçün bioloji nümunələr götürülüb.

Layner aprelin 28-də Floridadan yola düşüb və mayın 11-də Kanaveral limanına çatmalıdır. Kruiz zamanı gəmi Dominikan Respublikasında və Baham adalarında dayanacaq edir. Limana qayıtdıqdan sonra layner növbəti reysdən əvvəl tam sanitar dezinfeksiyadan keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl mart ayında da “Princess Cruises” şirkətinə məxsus başqa bir laynerdə də analoji hadisə baş vermiş, həmin vaxt 141 sərnişində və 52 heyət üzvündə norovirus aşkarlanmışdı.

Norovirus çox yoluxucu bir virusdur və əsasən qusma, ishal, qarın ağrısı, ürəkbulanma və bəzən hərarətə səbəb olan mədə-bağırsaq infeksiyası yaradır. Adətən çirklənmiş qida, su, səthlər və ya yoluxmuş şəxslə təmas vasitəsilə yayılır və əksər insanlarda xəstəlik 1–3 gün ərzində keçir. Ölümcül hesab olunmur

Məqalədə:

Xəbər lenti

Xəbər lenti