Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk gündə 5 medal qazanıblar

İdman Materials 10 May 2026 00:41 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk gündə 5 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Trend-in məlumatına görə, ilk yarış günündə Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

Mükafatların üçü 66 kiloqram çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kiloqram) və Rüfət Şövlətov (73 kiloqram) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medalların əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti