Bakı. Trend:
Mayın 9-da İsrail Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələri Livanın cənubundakı yaşayış məntəqələrinə davamlı olaraq zərbələr endirib, bir gündə 36 mülki şəxs həlak olub, 74 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Livanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 2795-ə çatıb, yaralananlar isə 8586 nəfərdir", -deyə bildirilib.
Nazirlik qeyd edib ki, xilasedicilər Nəbatiyə, Səidə və Tirdə dağıntıları təmizləməyə davam edirlər və günün sonuna qədər qurbanların və yaralıların sayı arta bilər.