Bakı. Trend:
Konqo Demokratik Respublikasının şimal-şərqində silahlılar tərəfindən ən azı 69 nəfər öldürülüb.
Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi Konqonun təhlükəsizlik xidmətlərinə istinadən xəbər verib.
Agentlik qeyd edib ki, hücumlara İturi əyalətinin təcrid olunmuş kəndləri məruz qalıb. Əsasən mülki şəxslər həlak olub.
Hakimiyyət orqanları bu hücumlarda Konqonun İnkişafı Kooperativi qrupundan şübhələnir.