Bakı. Trend:
Macarıstanın yeni baş naziri Peter Madyar prezident Tamaş Şuyoku dərhal istefa verməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə baş naziri parlamentin birinci iclasında deyib.
O bildirilib ki, Macarıcstan prezidenti vəzifəsini tutmaq hüququ yoxdur, çünki son illərdə Viktor Orbanın əvvəlki hökumətinin qanun pozuntularını ört-basdır edib.
"Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və mayın 31-dən gec olmayaraq istefa verməlidir", - deyə o qeyd edib.
O, Şuyoku konstitusiyanın və qanunun aliliyinin qarantı olmaq əvəzinə, sosial, siyasi və maliyyə sahələrində hakimiyyətdən sui-istifadə hallarının qarşısını ala bilməməkdə günahlandırdı.
