Bakı. Trend:
Çilinin mərkəzində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Zəlzələnin episentri Lebu şəhərindən 34 km cənub-qərbdə, ocağı isə 23 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.