Ağdam. Trend:
Ağdam rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndi istiqamətində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik avtomobili ilə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı 4 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralıların təxliyəsi üçün əraziyə təcili tibbi yardım briqadaları göndərilib.
İlkin məlumatlara əsasən, həyatını itirən şəxslərin hərbçi olduqları bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
