Yevlax. Trend:
Yevlax rayonunda ağır yol qəzası baş verib.
Trend-in yerli müxbirinin məlumatına əsasən, hadisə rayon ərazisində qeydə alınıb. “Mercedes” markalı mikroavtobus hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı 20-dən artıq sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq Yevlax və Mingəçevir şəhərlərindəki xəstəxanalara yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
