Xocalıda Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2026 12:46 (UTC +04:00)
Xocalıda Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Mayın 10-da Xocalı rayonunun Ballıca kəndində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən aksiya zamanı Ballıca kəndində müxtəlif növ ağac və gül kolları əkilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, aksiyanın məqsədi H. Əliyevin xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasına dəstək olmaqdır.

Xəbər lenti

Xəbər lenti