Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur - Nazir

Cəmiyyət Materials 10 May 2026 12:15 (UTC +04:00)
Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur.

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir. Azsaylı məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti