Bakı. Trend:
ABŞ ordusu Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, fevralın 4-dən bəri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ada sahillərində ən azı 25 uçuş həyata keçirib ki, bunların əksəriyyəti Havana və Santyaqo de Kuba yaxınlığında baş verib.
ABŞ ordusu bu missiyalar üçün əsasən "P-8A Poseidon" dəniz kəşfiyyat təyyarələrindən istifadə edib. "RC-135V Rivet Joint" kəşfiyyat təyyarələri və "MQ-4C Triton" pilotsuz uçuş aparatları da uçuşlar həyata keçirib.
