Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

İdman Materials 10 May 2026 20:58 (UTC +04:00)
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasına yekun vurulub.

Trend xəbər verir ki, Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.

Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti