Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan dördotaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə, binaya bitişik sahəsi 30kv.m. olan talvar, yaxınlıqda quraşdırılmış gücü 4 kVt olan transformatorun 9 ədəd qoruyucu açarı yanıb. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Digər mənzillər və yaşayış binası yanğından mühafizə olunub.