Aİ və Rusiya ilə münasibətlərə dair referendum keçirməyə ehtiyac yoxdur - Paşinyan

Siyasət Materials 11 May 2026 15:13 (UTC +04:00)
Aİ və Rusiya ilə münasibətlərə dair referendum keçirməyə ehtiyac yoxdur - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) tamhüquqlu üzvü olaraq qalır, Aİ və Rusiya ilə münasibətlərə dair referendum keçirməyə ehtiyac yoxdur.

Trend xarici mediaya istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Biz Rusiya prezidenti ilə Ermənistanın Aİ və Rusiya ilə münasibətlərinə dair işçi səviyyəsində müzakirələr apardıq. Mən dəfələrlə açıq şəkildə qeyd etmişəm ki, de-yure və de-fakto arasında seçim etmək lazım gələnə qədər bu məsələni gündəliyimizə daxil etməyəcəyik”, - deyə Paşinyan bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi "boşanma" termini ilə razılaşmadığını qeyd edib.

“Biz dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Ermənistan dövlətlərarası münasibətlərində dövlətlərarası məntiqə əsaslanır. Biz AİB-in tamhüquqlu üzvüyük. AİB-in üzvü olduğumuz müddətcə bütün qərarların qəbul edilməsində tam iştirak edirik”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, obyektiv ehtiyac yarandıqda referendum keçirəcəklər.

“Mənim qiymətləndirməm budur ki, buna sadəcə olaraq obyektiv ehtiyac yoxdur”, - deyə Ermənistanın baş naziri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti