Bakı. Trend:
Litva Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün beynəlxalq koalisiyaya qoşulacaq və bu prosesə onlarla hərbi və mülki mütəxəssis cəlb edəcək.
Trend xarici mediaya istinadla xəbər verir ki, qərar Prezident Gitanas Nausedanın sədrliyi ilə Dövlət Müdafiə Şurası tərəfindən qəbul edilib.
Bildirilib ki, Dövlət Müdafiə Şurası Müdafiə Nazirliyindən 40 hərbi və mülki mütəxəssisin Hörmüz boğazında əməliyyatda iştirak etməsini təsdiqləməyi istəyib. Hökumətə Litva Silahlı Qüvvələrinin beynəlxalq missiyalarda iştirakı ilə bağlı mandatda dəyişiklik edilməsi üçün Seymə (parlament) müraciət etmək tapşırılıb. Litvada xaricdə qoşunların yerləşdirilməsi parlamentin səlahiyyətlərinə aiddir.
