İsrail hərbçiləri Qəzza zolağında 4 tuneli dağıdıblar (VİDEO)

Dünya xəbərləri Materials 11 May 2026 10:22 (UTC +04:00)
İsrail hərbçiləri Qəzza zolağında 4 tuneli dağıdıblar (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) yaxın vaxtlarda Qəzza zolağının cənubunda HƏMAS-a məxsus dörd tuneli dağıdıb.

Trend İsrail mediasına istinadən xəbər verir ki, həmin tunellərdən biri əvvəllər girovların saxlanılması üçün istifadə olunub.

Məlumata görə, ümumi uzunluğu təxminən 4 kilometr olan tunellər Qəzzada atəşkəs xəttinin İsrail tərəfində yerləşib.

Ordunun açıqlamasında qeyd olunub ki, tunellərdən biri girovların saxlanıldığı daha böyük yeraltı şəbəkənin bir hissəsi idi. IDF əlavə edib ki, həmin tuneldə HƏMAS-ın Xan-Yunis briqadasının yüksək rütbəli komandirlərinin istifadə etdiyi bir neçə otaq da mövcud olub.

İsrail Müdafiə Qüvvələrinin "X" sosial şəbəkə hesabında əməliyyatın görüntüləri də paylaşılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti