Bakı. Trend:
İsrail ABŞ tərəfindən hərbi sahədə göstərilən maliyyə dəstəyini azaltmağa ümid edir.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu "CBS News" telekanalına verdiyi müsahibədə bildirib.
ABŞ-ın maliyyə dəstəyinin azaldılması imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında İsrailin baş naziri bunu təsdiqləyib. “Əlbəttə. Mən bu barədə prezident Donald Trampa da demişəm”, - deyə Netanyahu qeyd edib.
“Mən ABŞ-ın maliyyə dəstəyini, hərbi əməkdaşlığımızın maliyyə komponentini sıfıra endirmək istəyirəm. Çünki biz hər il 3,8 milyard dollar alırıq. Hesab edirəm ki, qalan hərbi dəstəkdən də imtina etməyin vaxtıdır”, - deyə İsrailin baş naziri bildirib.