Bakı. Trend:
Andes hantavirusunun yayıldığı "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq etmələri tövsiyə olunur.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Tövsiyələrimiz birmənalıdır: 10 may tarixindən etibarən 42 günlük aktiv müşahidə, yəni 42 günlük karantin tətbiq olunmalıdır və karantin həm xüsusi müəssisədə, həm də ev şəraitində keçirilə bilər", - deyə o, Kanar adalarında lövbər salan "MV Hondius" gəmisinin sərnişinlərinin təxliyəsinin ilk gününün sonunda bildirib.
Qebreyesus vurğulayıb ki, ÜST üzv ölkələrə tövsiyələrini təqdim edir, lakin tətbiq etmir.