Bakı. Trend:
Hantavirusun yayıldığı MV Hondius kruiz gəmisindən təxliyə edilən 14 ispaniyalının karant müddəti açıqlanıb.
Trend xarici mediaya istinadla xəbər verir ki, bunu İspaniyanın Səhiyyə məsələləri üzrə dövlət katibi Xavyer Padilya deyib ki, həmin şəxslərin karantin müddəti mayın 6-dan başlayıb və ümumilikdə 42 gün davam edəcək.
Mayın 10-da Kanar adaları vətəndaşları Tenerifedən (Kanar adalarının muxtar icmasında) Madriddəki hərbi xəstəxanaya köçürülüblər.
Bildirilib ki, həmçin şəxslər yeddi gün ərzində ciddi karantində olacaqlar. Əsas məsələ başlanğıc nöqtəsini müəyyən etməkdir. Bu tarix 6 may olaraq təyin edilib.
Gəmi əvvəllər Tenerife limanında lövbər salmışdı. İspaniya hakimiyyəti gəmidəki insanların təxliyəsi üçün xüsusi protokol hazırlayıb. Son repatriasiya reysi 11 maya planlaşdırılıb. Təxliyə prosesi başa çatdıqdan sonra gəminin və təxminən 30 heyət üzvünün dezinfeksiya ediləcəyi Niderlanda yola düşməsi gözlənilir.
Gəmidə olan səkkiz nəfərin hantavirus testi müsbət nəticə verib. Üç sərnişin ölüb, bir xəstə isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir. İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün sərnişinlərə kabinələrində qalmaları əmr edilib. Lakin hantavirusun inkubasiya dövrü bir neçə həftə çəkə bilər ki, bu da yeni yoluxma hallarının tez bir zamanda müəyyən edilməsini çətinləşdirir. Aprel ayında Niderland bayrağı altında üzən gəmi Argentinanın Uşuaya şəhərindən yola düşərək son təyinat yeri olan Kanar adalarına istiqamət alıb. Gəmidə əsasən ABŞ, Birləşmiş Krallıq, İspaniya və Niderland vətəndaşları olan təxminən 150 nəfər olub.
Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da keçə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı ilə üzləşirlər.
