"Fənərbaxça" "Roma"nın müdafiəçisi ilə maraqlanır

İdman Materials 11 May 2026 13:17 (UTC +04:00)
"Fənərbaxça" "Roma"nın müdafiəçisi ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça" yayda heyətini ispan futbolçu ilə gücləndirə bilər.

Trend xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma”nın müdafiəçisi Mario Hermosoya maraq göstərir. Hətta “Fənərbaxça”nın rəsmilərinin Hermosonun təmsilçisi ilə danışıqlara start verdiyi də bildirilir.

"Real"ın (Madrid) yetirməsi olan Mario əsas komandada oynamayıb. O, “Valyadolid”, “Espanyol”, “Atletiko” (Madrid), “Roma” və “Bayer” (Leverkuzen) klublarında forma geyinib.

"Roma" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədər olan 30 yaşlı futbolçu Türkiyəyə yollanmağa hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti