Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 11 May 2026 13:54 (UTC +04:00)
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti