Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməyəcək.
Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri açıqlama verib.
"Mən aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya prezidentinə seçki kampaniyası səbəbindən AİB sammitində iştirak edə bilməyəcəyimi bildirdim ", - Paşinyan deyib.
O qeyd edib ki, mayın 10-da Qazaxıstan prezidentinə zəng edərək AİB sammitində iştirak edə bilməyəcəyini bildirib.
"Baş nazirin müavini Mher Qriqoryan tədbirdə iştirak edəcək", - deyə Ermənistanın baş naziri bildirib.
