"Yuventus" İngiltərə klublarından 60 milyon avro tələb edir

İdman Materials 11 May 2026 21:18 (UTC +04:00)
"Yuventus" İngiltərə klublarından 60 milyon avro tələb edir

Bakı. Trend:

"Yuventus"un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Mançester Yunayted", "Arsenal" və "Liverpul" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.

İngiltərə klubları Kambyazo üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. A Seriyası nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Yuventus" Andrea Kambyazonu 2022-ci ilin yayında "Cenoa"dan 15 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Turun təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti