Bakı. Trend:
İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya İsrailin müsabiqəyə qatılması səbəbindən iştirakçı göndərməmək qərarından sonra 2026-cı il “Avroviziya” mahnı müsabiqəsinin milli televiziyada yayımlanmasından imtina ediblər.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, ölkələrin qərar verməsinin səbəbləri fərqli olsa da, onların hamısı İsraillə bağlı mövqe ilə əlaqələndirilir. Boykota qoşulan tərəflər İsraili Qəzza zolağında müharibə cinayətləri törətməkdə ittiham ediblər.