Almaniya və Ukrayna pilotsuz uçuş aparatlarının birgə istehsalını planlaşdırır

Dünya xəbərləri Materials 12 May 2026 00:07 (UTC +04:00)
Almaniya və Ukrayna pilotsuz uçuş aparatlarının birgə istehsalını planlaşdırır

Bakı. Trend:

Almaniya ilə Ukrayna uzaq məsafəyə uça bilən pilotsuz uçuş aparatlarının birgə istehsalını planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə ukraynalı həmkarı Mixail Fyodorovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Berlin Almaniya və Ukrayna şirkətləri arasında birgə müəssisələrin yaradılmasını dəstəkləyir.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində 100 kilometrlikdən 1 500 kilometrədək uçuş məsafəsinə malik müxtəlif tipli dronların hazırlanması və istehsalı nəzərdə tutulur.

Bildirilir ki, təşəbbüs həm yeni texnologiyaların inkişafını, həm də ortaq istehsal mexanizmlərinin qurulmasını əhatə edir.

Xəbər lenti

Xəbər lenti