Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 536,9 milyon manat məbləğində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər evrir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz çoxdur.
Ümumilikdə, bu ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə eal ifadədə 0,2 faiz böyüyüb.
Hesabat dövründə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artıb.
