Bakı. Trend:
6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnasika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər.
"Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray
Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə
qoyaraq qızıl medalın sahibi olublar. Fərdi proqramda top ilə Azadə
Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla
gümüş medal əldə edib.
Gimnastlarımızı təbrik edirik", - deyə məlumatda qeyd edilib.
