Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb (FOTO)

İqtisadiyyat Materials 12 May 2026 14:25 (UTC +04:00)
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited" şirkəti arasında sənədlər imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"bp şirkətinin baş icraçı direktoru xanım Meq O’Nillə görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited" şirkəti arasında sənədlər imzalandı.

İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.

“BP Exploration Limited" şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti