Bakı Limanında ötürücülük qabiliyyəti artırılacaq - Arif Ağayev

İqtisadiyyat Materials 12 May 2026 11:41 (UTC +04:00)
Bakı Limanında ötürücülük qabiliyyəti artırılacaq - Arif Ağayev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Türkmənistanda istehsal olunmuş ilk quru yük daşıyıcısı “Gadamly” gəmisinin Xəzər sularında üzməyə başlaması, istehsalı, istismara verilməsi bizim əlaqələrimizin daha da sıx olması üçün bir işarətdir.

Trend xəbər verir ki, bu fikirləri Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimi zamanı "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Arif Ağayev deyib.

O bildirib ki, Orta Dəhliz artıq bir ciddi alternativə çevrilməyə doğru gedir, onun əhəmiyyəti artır:

“Bu dəhliz üzərində olan ölkələr hər biri öz infrastrukturunu təkmilləşdirməli, artan yük həcminə cavabdehlik verə biləcək bir hala gətirməlidir. Biz Azərbaycan Dəmir Yolları olaraq, Bakı Beynəlxalq Dəniz Limanı olaraq öz infrastrukturumuzu genişləndiririk. ​Əsas dəmir yolu üzərindəki yollar təkmilləşdirilir, yeni lokomotivlər, vaqonlar alınır”.

​ADY rəsmisi qeyd edib ki, dəniz limanında bugünkü ötürücülük qabiliyyəti 150 min TEU-dur.

“Amma hazırda gedən işlər nəticəsində dibdərinləşdirmə işləri, yeni alınacaq avadanlıqlar ilə bu həcmi 260 min TEU-ya çatdıracağıq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti