Bakı. Trend:
Həcc Missiyasının İdarə heyəti artıq Məkkə şəhərindədir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, uçuşların təşkili ilə bağlı heç bir problem yoxdur:
"Həcc Missiyasının İdarə heyəti artıq Məkkə şəhərindədir. Bir neçə gün sonra gələcək zəvvarlar üçün hotellərdə bütün şəraitləri tam hazır vəziyyətə gətirmək üçün işlər görürlər. Uçuşlar tam hazırdır, artıq biletlər alınıb, hər şey qaydasındadır. Bazar günü səhər erkəndən ilk uçuş təşkil ediləcək".
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 yerlik kvota tamamlanıb. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də təşkil ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
