Bakı. Trend:
Bu ilin yanvar-aprelaylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 271,2 milyon manat təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Bundan başqa, dövr ərzində ölkədə nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri isə 4 milyard 748,6 milyon manat təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 4,6% artım deməkdir.
