Balakəndə narkotik plantasiyası aşkarlanıb (FOTO/VİDEO

Cəmiyyət Materials 12 May 2026 09:19 (UTC +04:00)
Balakəndə narkotik plantasiyası aşkarlanıb (FOTO/VİDEO
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Balakəndə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti