Bakı.Trend:
ABŞ Silahlı Qüvvvələri Mərkəzi Komandanlığı (CENTCOM) iyun ayında Amerika Birləşmiş Ştatlarının ərazisində Mərkəzi Asiya və Cənubi Asiya regionlarından olan 10-a yaxın ölkənin silahlı qüvvələrinin nümayəndələri ilə birlikdə hərbi təlimlər keçirəcək.
Trend xəbər verir ki, bu barədə kommandanlığın bəyanatında qeyd olunub.
“Gələn ay CENTCOM Mərkəzi Asiya və Cənubi Asiya ölkələrindən olan xarici tərəfdaşları ilə “Regional Əməkdaşlıq 2026” adlı birgə hərbi təlimlər keçirəcək”,- deyə bəyanatda vurğulanıb.
CENTCOM-un məlumatına görə, təlimlər çərçivəsində ilk növbədə Mərkəzi və Cənubi Asiya ölkələrinin quru və daxili qoşunlarından olan nümayəndələr hazırlıq proqramından keçəcək.
