Bakı. Trend:
Rusiyanın Krasnodar diyarında yerləşən məktəblərdən birində 9-cu sinif şagirdi təhsil müəssisəsində odlu silahdan atəş açıb.
Trend xəbər verir ki, bu barədə bölgənin Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində 2 azyaşlının yaralandığı bildirilir.
İlkin məlumatlara əsasən, 9-cu sinif şagirdi tapançaya konstruktiv olaraq bənzər bir əşyadan bir neçə dəfə atəş açıb və hadisə yerindən uzaqlaşıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər
Atəş açan şəxsin saxlanıldığı qeyd olunur.
