Azərbaycanla bp şirkəti arasında yeni işbirliyi istiqamətləri dəyərləndirilib

Energetika Materials 12 May 2026 13:27 (UTC +04:00)
Azərbaycanla bp şirkəti arasında yeni işbirliyi istiqamətləri dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və bp şirkəti arasında yeni işbirliyi istiqamətləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin yeni baş icraçı direktoru xanım Meq O’Nillə görüşdük

Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı və regionda həyata keçirilən enerji layihələri barədə fikirlərimizi bölüşdük.

Ölkəmizlə bp şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə etdik. Meq O’Nilə yeni vəzifəsində uğurlar arzulayırıq", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti