Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 12 May 2026 11:20 (UTC +04:00)
Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dəmir Yollarının Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir.

Trend xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.

Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.

Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti