ABŞ-nin atom sualtı qayığı Cəbəllütariqə çatıb

Dünya xəbərləri Materials 12 May 2026 10:47 (UTC +04:00)
ABŞ-nin atom sualtı qayığı Cəbəllütariqə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohio sinfindən olan atom sualtı qayığı NATO-ya davamlı sadiqliyin nümayişi məqsədilə Cəbəllütariq limanına gəlib.

Trend xəbər verir ki, bu barədə Altıncı Donanmanın (ABŞ SQ) mətbuat xidməti məlumat yayıb.

“Ballistik raketlər daşımaq qabiliyyətinə malik ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı mayın 10-da Cəbəllütariqə çatıb. Liman səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO üzrə müttəfiqləri qarşısında öhdəliklərinə davamlı sadiqliyini nümayiş etdirir”, - deyə məlumatda bildirilir.

Hərbi Dəniz Qüvvələri Ohio sinifli sualtı qayıqların izlənilməsi mümkün olmayan və ABŞ üçün nüvə triadasının ən toxunulmaz dayağını təmin edən ballistik raket buraxılış platformaları olduğunu xatırladıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti