Azərbaycanda 47 milyon manatlıq tütün istehsalı layihəsi icra olunacaq

İqtisadiyyat Materials 12 May 2026 16:50 (UTC +04:00)
Azərbaycanda 47 milyon manatlıq tütün istehsalı layihəsi icra olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən tütün məmulatları istehsalı layihəsi həyata keçiriləcək.

Trend bu barədə İqtisadiyyat Nazirliyi Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Bildirilib ki, yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti