Bakı.Trend:
Sinqapur bayrağı altında üzən, Qətərdən Pakistana mayeləşdirilmiş təbii qaz daşıyan “Mihzem” tankeri Hörmüz boğazından keçə bilib.
Trend xəbər verir ki, bu barədə Bloomberg monitorinq resurslarının məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, gəmi hazırda Oman körfəzindədir. Bundan əvvəl isə o, yerləşdiyi məkanla bağlı siqnalların ötürülməsini dayandırmışdı.
Agentlik xatırladır ki, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri bu, Qətərdə yüklənərək Fars körfəzindən Oman körfəzinə çıxan ikinci MTQ tankeridir. Ötən həftəsonu buna may ayında Ras-Laffan sənaye zonasında MTQ ilə yüklənmiş “Al Kharaitiyat” tankerinin də nail olduğu bildirilir.
