Azərbaycana qarşı qəbul edilən qətnamələrdə Ermənistan Diasporunun təsiri var - Fariz İsmayılzadə

Siyasət Materials 12 May 2026 16:15 (UTC +04:00)
Azərbaycana qarşı qəbul edilən qətnamələrdə Ermənistan Diasporunun təsiri var - Fariz İsmayılzadə
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yeganə ölkədir ki, ərazilərini tam şəkildə bərpa edə bilib, on minlərlə insanı yenidən öz torpaqlarına qaytaraeıb və orada həm infrastruktur işləri aparılıb, həm yaşayış zonaları qurulub, həm abad şəhər və abad kəndlər salınıb, eyni zamanda həmin zonaların sosial və iqtisadi həyatı yenidən bərpa edilib.

Trend xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi fəaliyyəti və həyata keçirdiyi praktik addımlar nəticəsində sülhün yerlərdə — şəhərlərdə, məhəllələrdə və kəndlərdə — bərqərar olunması, həyatın oraya qayıtması, infrastrukturun bərpası, yeni nəqliyyat qovşaqlarının inkişafı və ümumilikdə həmin zonaların mənəvi və sosial baxımdan yenidən dirçəldilməsi diqqət çəkir:

"Hazırda Ermənistanda yeni siyasi vizyonun formalaşdırılması prosesi gedir və bu istiqamətdə müxtəlif yanaşmalar müşahidə olunur. Mövcud hakimiyyət ölkəni qonşularla münasibətlərini normallaşdıran və sülh gündəliyinə uyğun siyasət yürüdən bir dövlət kimi təqdim etməyə çalışır. Lakin bu prosesə fərqli mövqedən yanaşan siyasi qüvvələr də mövcuddur və onlar müxtəlif səviyyələrdə bu istiqamətə təsir göstərməyə çalışırlar.

Eyni zamanda, Ermənistan diasporası da bu müzakirələrdə və ümumi siyasi diskursda müəyyən rol oynayır. Son dövrlərdə bəzi Avropa ölkələrində qəbul edilən qətnamələr də bu proseslə paralel şəkildə gündəmə gəlib və burada müxtəlif siyasi təsirlərin, birbaşa Erməni Diasporunun təsiri müşahidə olunur.

Qafqaz coğrafiyasi həm zəngin energetika, həm də mineral resurslar baxımından böyük strateji əhəmiyyətə malikdir. Bu səbəbdən müxtəlif aktorlar regiondakı nəqliyyat-kommunikasiya xətlərinə və iqtisadi marşrutlara təsir imkanlarını qorumağa çalışırlar. Bu kontekstdə Zəngəzur dəhlizi və ümumilikdə regiondakı tranzit layihələri xüsusi əhəmiyyət daşıyır.

Bu proseslər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Ölkə beynəlxalq münaqişələr və qlobal qeyri-sabitlik şəraitində sabitliyi qoruyan, özünə güvənən və milli maraqlara əsaslanan xarici siyasət yürüdən bir dövlət kimi çıxış edir. Azərbaycan eyni zamanda yeni təşəbbüslər irəli sürür, xüsusilə yaşıl enerji, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri ilə bağlı mühüm ideyalar təqdim edir. Dünyada ümumi qeyri-sabitliklərin artdığı bir dövrdə Azərbaycan öz mövqeyini sabit və etibarlı şəkildə qoruyur və strateji layihələrdə fəal iştirak edir".

Xəbər lenti

Xəbər lenti