Bakı. Trend:
Hörmüz boğazının bloklanmasının davam etməsi dünya iqtisadiyyatına və enerji təhlükəsizliyinə böyük təzyiq göstərir və bu problem həll etmək lazımdır.
Trend xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Qətərli həmkarı Muhəmməd bin Əbdül Rəhman Əl-Tani ilə birgə mətbuat konfransında bildirib.
“Boğazın bağlanması dünya iqtisadiyyatı, enerji təhlükəsizliyi, eləcə də regionda iqtisadi və siyasi sabitliyinə böyük təzyiq göstərir. Dünyanın bütün hökumətləri bu iqtisadi təzyiqi tam şəkildə hiss edirlər. Buna görə də beynəlxalq ictimaiyyətin səyləri boğazın mümkün qədər tez açılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün razılaşmanın əldə olunmasına yönəlib”, – deyə Fidan
Türkiyəli nazir Pakistanın ABŞ–İran münaqişəsinin tənzimlənməsi istiqamətindəki vasitəçilik səylərini yüksək qiymətləndirib
