EIA maye karbohidrogentlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib

Energetika Materials 13 May 2026 09:45 (UTC +04:00)
EIA maye karbohidrogentlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 4,75 milyon barel azalaraq 106,35 milyon bareldən 101,60 milyon barelə enəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında bildirilir.

EIA-nın rüblər üzrə proqnozuna əsasən, 2026-cı ilin birinci rübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 103,83 milyon barel, ikinci rübdə 95,39 milyon barel, üçüncü rübdə 100,53 milyon barel, dördüncü rübdə isə 106,63 milyon barel təşkil edib.

EIA-nın hesabatına görə, 2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı gündəlik 109,50 milyon barel səviyyəsində olacaq.

EIA-nın proqnozlarına əsasən, 2027-ci ilin birinci rübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 108,02 milyon barel, ikinci rübdə 109,01 milyon barel, üçüncü rübdə 110,01 milyon barel, dördüncü rübdə isə 110,91 milyon barel təşkil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti