Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ ilə Çin liderlərinin görüşü ərəfəsində "SpaceX"in qurucusu Elon Musk və "Nvidia"nın baş direktoru Censen Huang ilə birlikdə Pekinə səfər edib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, sahibkarlar Alyaskada Pekinə uçan "Air Force One" təyyarəsinə miniblər.
Qeyd edək ki, mayın 11-də "Bloomberg" agentliyi Tramp administrasiyasının İlon Mask, "Apple" şirkətinin baş direktoru Tim Kuk və Amerikanın böyük korporasiyalarının rəhbərlərini prezidentin Çinə dövlət səfərində müşayiət etməyə dəvət etdiyini bildirib.