Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul üçün müsahibələr başlayıb

Cəmiyyət Materials 12 May 2026 22:58 (UTC +04:00)
Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul üçün müsahibələr başlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 12-dən etibarən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin rus bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə komissiyası fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, qiymətləndirmə zamanı uşağın dinlədiyini anlama bacarığı, ünsiyyət qurması və fikrini sadə formada ifadə etməsi nəzərə alınır.

Müsahibədən uğurla keçən uşaqların valideynləri şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimi edə bilərlər. Hər bir uşaq müsahibədə yalnız bir dəfə iştirak edə bilər. Müsahibə prosesi videoçəkilişlə qeydə alınır və valideynlərin iştirakına şərait yaradılır.
Nəticələr günün sonunda valideynin qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə göndərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti