Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 13 May 2026 07:12 (UTC +04:00)
Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sakit okeanda, Tonqa ada dövlətinin cənubunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 282 kilometr cənub-qərbdə olub.

Episentrdəki təkanların intensivliyinə əsasən zəlzələ "güclü" kimi qiymətləndirilir.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti