Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In hərbi-sənaye kompleksi müəssisələrinə baxış keçirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Kim Çen In 2026-cı ilin birinci yarısı üçün hərbi istehsal planlarının icrasını nəzərdən keçirib. O, Koreya Xalq Ordusunun "müxtəlif sursat istehsalında rekord artımı təmin edən və döyüş qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verən" müdafiə sənayesi işçilərinin həvəsini qeyd edib.
Şimali Koreya lideri həmçinin hərbi sənaye strukturunda, istehsalında və infrastrukturunda mövcud çatışmazlıqlara da diqqət çəkib. O, istehsal güclərinin modernləşdirilməsini, o cümlədən istehsal strukturunun rasionallaşdırılmasını və texnoloji proseslərin yerləşdirilməsini optimallaşdırmağı prioritet kimi müəyyən edib.