Azərbaycan güləşçiləri U-17 Avropa çempionatının ikinci gününü 3 medalla başa vurub

İdman Materials 13 May 2026 04:39 (UTC +04:00)
Azərbaycan güləşçiləri U-17 Avropa çempionatının ikinci gününü 3 medalla başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında növbəti medallarını əldə edib.

Trend-in məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov final qarşılaşmasında rusiyalı Artyom Tkaçenko ilə üz-üzə gəlib. Güləşçimiz rəqibinə 1:5 hesabı ilə uduzaraq Avropa çempionatının gümüş medalına sahib çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan Qurban Məcnunov da finalda rusiyalı Edem Payziyevə minimal fərqlə – 1:2 hesabı ilə məğlub olub və yarışı gümüş medalla başa vurub.

65 kq-da yarışan Orxan Həbibli isə əvvəlcə təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisi məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada ukraynalı Oleksandr Venetsi 9:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.

Beləliklə, Azərbaycan millisi yarışın ikinci gününü 2 gümüş və 1 bürünc medalla tamamlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti